Ana Sayfa > Karusel / Gündəm > Azad edilmiş şəhər və rayonların baş planları HAZIRLANIR
Azad edilmiş şəhər və rayonların baş planları HAZIRLANIR15-02-2021, 11:32. Yazar: Admin |
İşğaldan azad edilmiş ərazilərdə şəhər və rayonların baş planlarının hazılanması ilə bağlı işlərə başlanılıb.
Bunu Dövlət Şəhərəsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu bildirib.
Komitə rəsmisi qeyd edib ki, ölkə rəhbəri tərəfindən bununla bağlı verilən tapşırıqlara müvafiq olaraq hazırlıqlar gedir, daha sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə səfəri zamanı həmin şəhər və rayonların baş planlarının hazırlanması ilə bağlı göstəriş verdiyini açıqlayıb. Modern.az
Geri dön |