Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Paşinyan yeni Konstitusiya müzakirələri fonunda növbədənkənar seçkilərin keçirilməsini istisna etmir
Ana Sayfa > Karusel / Region > Paşinyan yeni Konstitusiya müzakirələri fonunda növbədənkənar seçkilərin keçirilməsini istisna etmir

Paşinyan yeni Konstitusiya müzakirələri fonunda növbədənkənar seçkilərin keçirilməsini istisna etmir


Bu gün, 13:13. Yazar: Admin

​​​​​​​Ermənistanın Baş naziri Nikol Paşinyan

 

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə yeni Konstitusiya layihəsinin müzakirəsi fonunda növbədənkənar parlament seçkilərinin keçirilməsinin mümkün olduğunu bildirib.

“News.am” xəbər verir ki, Paşinyan bu barədə jurnalistlərə açıqlamasında danışıb.

Baş nazir ictimaiyyət və vətəndaş cəmiyyəti ilə dialoqun vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Konstitusiyanın yekun layihəsi hazırlandıqdan sonra parlamentdə müzakirələr və səsvermə keçirilməlidir. Sonrakı addımlar isə səsvermənin nəticələrindən asılı olacaq.

Təklif olunan dəyişikliklər sırasında məhkəmə sistemində islahatlar, eləcə də müxalifətə müstəqil qurumlarda, o cümlədən Ali Məhkəmə Şurası və Mərkəzi Bankın Şurasında kvotaların ayrılması nəzərdə tutulur.

Paşinyan yeni Konstitusiya layihəsinin ictimai müzakirələrinin yenicə başladığını və hakimiyyətin daxil olan təklifləri nəzərdən keçirməyə hazır olduğunu bildirib.


Geri dön