Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Dünənki oyunda rusiyalı azarkeş vəfat edib - Foto
Ana Sayfa > Karusel / Sosial > Dünənki oyunda rusiyalı azarkeş vəfat edib - Foto

Dünənki oyunda rusiyalı azarkeş vəfat edib - Foto


Bu gün, 10:05. Yazar: Admin

dunenki-oyunda-rusiyali-azarkes-vefat-edib

Bakıda UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçirilən “Sabah” – “Barselona” qarşılaşmasını izləmək üçün Rusiyadan Azərbaycana gələn azarkeş stadionda vəfat edib.

Qarabaginfo.az “Teleqraf”a istinadən xəbər verir ki, hadisə oyunun ikinci hissəsində Bakı Olimpiya Stadionunda qeydə alınıb.

Qarşılaşmanı tribunadan izləyən Rusiyanın Krasnoyarsk diyarından Bakıya gəlmiş 1987-ci il təvəllüdlü Anton Aleksandroviç Petrişevin qəfil halı pisləşib. O, stadionda dünyasını dəyişib.

Mərhumun meyiti müayinə üçün morqa təhvil verilib.

İlkin ehtimala görə, azarkeşin ölümünə ürəktutma səbəb olub.

Faktla bağlı araşdırma aparılır.


Geri dön