Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Fitso: Slovakiya Ukraynaya 45 milyard avroluq kreditin ayrılmasında iştirak etməyəcək
Ana Sayfa > Karusel / Dünya > Fitso: Slovakiya Ukraynaya 45 milyard avroluq kreditin ayrılmasında iştirak etməyəcək

Fitso: Slovakiya Ukraynaya 45 milyard avroluq kreditin ayrılmasında iştirak etməyəcək


Bu gün, 08:50. Yazar: Admin

Fitso: Slovakiya Ukraynaya 45 milyard avroluq kreditin ayrılmasında iştirak etməyəcək

Slovakiya Avropa İttifaqının Ukraynaya ayırmağı planlaşdırdığı yeni kreditin maliyyələşdirilməsində iştirak etməyəcək.

Qarabaginfo.az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso sosial şəbəkədə yayımladığı videomüraciətdə bildirib.

Onun sözlərinə görə, Bratislava daha əvvəl Ukraynaya ayrılan 90 milyard avroluq kreditdə iştirak etməyib və yeni maliyyə paketinə də qoşulmaq niyyətində deyil.

“Bizi siyasi şantaja məruz qoyurlar və bu kreditdə iştirakı Avropa İttifaqının ümumi büdcəsi ilə əlaqələndirirlər”, – deyə Fitso bildirib.

Baş nazir Aİ-nin Ukraynaya dəstək üçün beynəlxalq maliyyə bazarlarından əlavə 45 milyard avro borc götürmək niyyətini tənqid edib.

Onun fikrincə, Ukrayna əvvəllər ayrılmış 90 milyard avronu və gələcək kreditləri geri qaytarmayacaq.

“Əslində, söhbət kreditlərdən deyil, hədiyyələrdən gedir”, – deyə Fitso vurğulayıb.

Baş nazir Slovakiyanın Ukraynaya hərbi məqsədli kreditin verilməsində iştirak etməsi üçün heç bir əsas görmədiyini əlavə edib.


Geri dön