Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > "SpaceX" ABŞ Kosmik Qüvvələri üçün “Falcon 9” raketini orbitə göndərib
Ana Sayfa > Karusel / Dünya > "SpaceX" ABŞ Kosmik Qüvvələri üçün “Falcon 9” raketini orbitə göndərib

"SpaceX" ABŞ Kosmik Qüvvələri üçün “Falcon 9” raketini orbitə göndərib


Bu gün, 08:49. Yazar: Admin

"SpaceX" ABŞ Kosmik Qüvvələri üçün “Falcon 9” raketini orbitə göndərib

ABŞ-ın “SpaceX” şirkəti ölkənin Kosmik Qüvvələri üçün nəzərdə tutulan USSF-317 missiyası çərçivəsində “Falcon 9” daşıyıcı raketini orbitə buraxıb.

Bu barədə şirkət “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, raket noyabrın 20-də axşam saatlarında Kaliforniya ştatındakı Vandenberq hərbi bazasından buraxılıb.

“Falcon 9” USSF-317 missiyasının faydalı yükünü orbitə çıxarıb.

Kosmik aparatların texniki xüsusiyyətləri və təyinatı barədə ətraflı məlumat açıqlanmayıb.

“Spaceflight Now” nəşrinin məlumatına görə, missiya çərçivəsində peyklərin orbitə çıxarıldığı ehtimal edilir. Lakin nə “SpaceX”, nə də ABŞ Kosmik Qüvvələri bu məlumatı təsdiqləyib.


Geri dön