Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > SEPAH ABŞ-ın Bəhreyndəki iki hərbi bazasına hücum edib 
Ana Sayfa > Karusel / Dünya > SEPAH ABŞ-ın Bəhreyndəki iki hərbi bazasına hücum edib 

SEPAH ABŞ-ın Bəhreyndəki iki hərbi bazasına hücum edib 


Bu gün, 08:44. Yazar: Admin

SEPAH ABŞ-ın Bəhreyndəki iki hərbi bazasına hücum edib - YENİLƏNİB

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Bəhreynin Ər-Rifa və Əvali şəhərlərindəki bazalarının raket və dronlarla hədəf alındığını açıqlayıb.

"Tasnim" agentliyi xəbər verir ki, bu barədə SEPAH bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, ABŞ dronlarının İranın hava məkanını pozmasından sonra bu ölkənin sözügedən bazalardakı "Patriot" hava hücumundan müdafiə sistemlərinə məxsus iki radar SEPAH-ın Aerokosmik Qüvvələrinin hücumuna məruz qalıb.

"İslam İnqilabı Keşikçiləri Korpusu xəbərdarlıq edir ki, İran İslam Respublikasının hava məkanı ölkənin silahlı qüvvələrinin qırmızı xəttidir və İranın hava məkanının hər hansı təcavüzkar ölkə və qüvvə tərəfindən pozulmasına İslam döyüşçüləri sərt və qəti cavab verəcəklər", - bəyanatda deyilir.

 


Geri dön