Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Almanların 62 faizi dövlət borcunun artırılmasından narahatdır
Ana Sayfa > Karusel / Dünya > Almanların 62 faizi dövlət borcunun artırılmasından narahatdır

Almanların 62 faizi dövlət borcunun artırılmasından narahatdır


Bu gün, 08:41. Yazar: Admin

Almanların 62 faizi dövlət borcunun artırılmasından narahatdır

Almaniya sakinlərinin 62 faizi federal hökumətin 2027-ci ildə dövlət borcunu əhəmiyyətli dərəcədə artırmaq planlarından narahatdır.

“Bild” qəzetinin sifarişi ilə INSA sosioloji institutunun keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin əksəriyyəti hökumətin gələn il təxminən 210 milyard avro məbləğində yeni borc götürmək niyyətini mənfi qiymətləndirir.

Sorğuda iştirak edənlərin yalnız dörddə biri bu addımda problem görmür.

Narahatlıq hakim koalisiyanı dəstəkləyən seçicilər arasında da müşahidə olunur.

Belə ki, Xristian Demokratik İttifaqı və Xristian Sosial İttifaqı (XDİ/XSİ) blokunun tərəfdarlarının 55 faizi, Almaniya Sosial Demokrat Partiyasının (ASDP) seçicilərinin isə 59 faizi yeni borclanmadan narahat olduğunu bildirib.


Geri dön