Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Bakının mərkəzində Xalq rəssamının oğlunun meyiti tapıldı
Ana Sayfa > Karusel / Sosial > Bakının mərkəzində Xalq rəssamının oğlunun meyiti tapıldı

Bakının mərkəzində Xalq rəssamının oğlunun meyiti tapıldı


Bu gün, 19:05. Yazar: Admin

bakinin-merkezinde-xalq-ressaminin-oglunun-meyiti-tapildi

Paytaxtın Yasamal rayonunda evdən meyit tapılıb.

Qarabaginfo.az xəbər verir ki, hadisə İnşaatçılar prospektində yerləşən mənzillərin birində baş verib.

Ölən şəxsin 1960-cı il təvəllüdlü Elşad Rüstəmov olması müəyyən edilib. Onun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Bildirilib ki, meyiti tapılan şəxs Xalq rəssamı Cahangir Rüstəmovun oğludur.

O, ADPU-nun İncəsənət və fiziki tərbiyə fakültəsinin Təsviri incəsənət və onun tədrisi texnologiyası kafedrasında müəllim kimi fəaliyyət göstərib.

Qeyd edək ki, C.Rüstəmovun 2 oğlu var. Onun böyük oğlu Eldar Rüstəmov texniki elmlər üzrə fəlsəfə doktoru, dosentdir.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.


Geri dön