Almaniyanın bir sıra şəhərlərində kansler Fridrix Mertsin hökumətinin məcburi hərbi xidmət planlarına, sosial xərclərin azaldılmasına və digər siyasətlərinə qarşı etiraz aksiyaları keçirilib.
Qarabaginfo.az xəbər verir ki, Leypsiqdə təxminən 2500, Hamburqda isə 4000 nəfərin qatıldığı aksiyalarda nümayişçilərlə polis arasında qarşıdurma yaranıb. Etirazçılar polisə fişəng, butulka və yumurta atıb, polis isə su şırnaqlarından istifadə edib və bir neçə nəfəri saxlayıb.
Berlində keçirilən aksiyada iştirakçılar hökumətin hərbi xidmət planlarına və İsrailə dəstəyinə etiraz ediblər.
Təşkilatçıların məlumatına görə, ölkə üzrə aksiyalarda ümumilikdə təxminən 87 min nəfər iştirak edib.