Ana Sayfa > Karusel / Dünya > ABŞ dörd İran vətəndaşına qarşı sanksiyalar tətbiq edib

ABŞ dörd İran vətəndaşına qarşı sanksiyalar tətbiq edib


Bu gün, 09:17. Yazar: Admin

ABŞ dörd İran vətəndaşına qarşı sanksiyalar tətbiq edib

ABŞ dörd İran vətəndaşını sanksiya siyahısına daxil edib. Bununla bağlı bildiriş ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc olunub.

Qarabaginfo.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin açıqlamasına görə, sanksiyaya məruz qalan şəxslər İran neftinin digər ölkələrə tədarükü prosesində vasitəçilik ediblər.

Sanksiyalar həmin şəxslərin ABŞ-dakı aktivlərinin dondurulmasını, eləcə də ABŞ vətəndaşları və şirkətlərinin onlarla biznes əlaqələri qurmasının qadağan edilməsini nəzərdə tutur.


Geri dön