Ana Sayfa > Karusel / Dünya > İran ABŞ-a məxsus MQ-9 pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb

İran ABŞ-a məxsus MQ-9 pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb


Bu gün, 09:08. Yazar: Admin

Picture background

İranın dövlət televiziyası ABŞ ordusuna məxsus MQ-9 tipli pilotsuz uçuş aparatının vurularaq zərərsizləşdirildiyini açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) PUA-nın Hörmüz boğazı üzərində yeni hava hücumundan müdafiə sistemi vasitəsilə ələ keçirildiyini açıqlayıb.

Məlumata görə, bu, müharibə başlayandan bəri İran qüvvələri tərəfindən vurulan 58-ci ABŞ MQ-9 pilotsuz uçuş aparatıdır.

Qeyd edək ki, bu məlumat İran tərəfinin açıqlamasına əsaslanır. ABŞ hələlik hadisə ilə bağlı təsdiqedici açıqlama verməyib.


Geri dön