Ana Sayfa > Karusel / Dünya > İran ABŞ-a məxsus MQ-9 pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb
İran ABŞ-a məxsus MQ-9 pilotsuz uçuş aparatını vurduğunu açıqlayıbBu gün, 09:04. Yazar: Admin |
|
İranın dövlət televiziyası ABŞ ordusuna məxsus MQ-9 tipli pilotsuz uçuş aparatının vurularaq zərərsizləşdirildiyini açıqlayıb. Qarabaginfo.az xəbər verir ki, İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) PUA-nın Hörmüz boğazı üzərində yeni hava hücumundan müdafiə sistemi vasitəsilə ələ keçirildiyini açıqlayıb. Məlumata görə, bu, müharibə başlayandan bəri İran qüvvələri tərəfindən vurulan 58-ci ABŞ MQ-9 pilotsuz uçuş aparatıdır. Qeyd edək ki, bu məlumat İran tərəfinin açıqlamasına əsaslanır. ABŞ hələlik hadisə ilə bağlı təsdiqedici açıqlama verməyib. Geri dön |