Ana Sayfa > Karusel / Region > Türkiyə sərhədində partlayış: ölən və yaralananlar var

Türkiyə sərhədində partlayış: ölən və yaralananlar var


13-02-2021, 15:37. Yazar: Admin

 

Türkiyənin Çobanbəy qəsəbəsi yaxınlığında avtomobilə yerləşdirilən bomba partladılıb.

Qarabaginfo.az xəbər verir ki, terror aktı nəticəsində 1 mülki şəxs ölüb, 12 nəfər yaralanıb.

Partlayışdan ətrafdakı mağazalarda yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürənlər və təhlükəsizlik qüvvələri cəlb olunub.

Hücumun YPG/PKK terror təşkilatları tərəfindən həyata keçirildiyi güman edilir. (Axar.az)

 


Geri dön