Ana Sayfa > Karusel / Dünya > Merz Rusiya ilə danışıqların BƏƏ-də keçirilməsini təklif edib

Merz Rusiya ilə danışıqların BƏƏ-də keçirilməsini təklif edib


Bu gün, 08:22. Yazar: Admin

Almaniya kansleri Fridrix Merz

 

Almaniya Kansleri Fridrix Merz Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların neytral ərazidə və Avropa ölkələrinin iştirakı ilə keçirilməsinin tərəfdarı olduğunu bildirib.

Merz bu barədə Berlində keçirilən “İstəklilər koalisiyası”nın görüşünün yekunlarına dair mətbuat konfransında danışıb.

“Biz, əlbəttə, Rusiya ilə danışıqlara hazırıq. Bu danışıqlar yaxın vaxtlarda Ukrayna, Rusiya, Avropa və ABŞ formatında keçirilməlidir. Məsələn, görüş Birləşmiş Ərəb Əmirliklərində baş tuta bilər”, – deyə kansler bildirib.

Onun sözlərinə görə, danışıqların keçiriləcəyi məkan hələ müəyyənləşdirilməyib.

“Danışıqların harada baş tutacağı ayrıca məsələdir. Görüş üçün neytral ərazi axtarmağımız tamamilə təbiidir”, – Merz vurğulayıb.


Geri dön