Ana Sayfa > Karusel / Dünya > Bloomberg: Avropa ölkələri Rusiya ilə danışıqlar aparmaq imkanını müzakirə edir

Bloomberg: Avropa ölkələri Rusiya ilə danışıqlar aparmaq imkanını müzakirə edir


Dünən, 22:56. Yazar: Admin

Bloomberg: Avropa ölkələri Rusiya ilə danışıqlar aparmaq imkanını müzakirə edir

Böyük Britaniya, Almaniya və Fransa Ukrayna münaqişəsi ilə bağlı Rusiya ilə danışıqların keçirilməsi imkanını müzakirə edirlər.

 “Bloomberg“ agentliyinin mənbələrə istinadən yaydığı məlumata görə, məsələ Avropanın üç aparıcı ölkəsinin nümayəndələri arasında nəzərdən keçirilir.

Bildirilir ki, tərəflər Ukrayna məsələsi ətrafında Moskva ilə mümkün görüşün təşkilini müzakirə edirlər.

Agentlik danışıqların hansı səviyyədə keçirilə biləcəyi, mümkün tarix və gündəlik barədə əlavə məlumat açıqlamayıb.

Hələlik Böyük Britaniya, Almaniya və Fransa rəsmilərinin məsələ ilə bağlı mövqeyi barədə məlumat yoxdur.


Geri dön