Ana Sayfa > Karusel / Dünya > Putin Trampın G20 sammitinə dəvətinə münasibət bildirib

Putin Trampın G20 sammitinə dəvətinə münasibət bildirib


Bu gün, 21:18. Yazar: Admin

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp

 

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın onu G20 sammitinə dəvət etməsinə münasibət bildirib.

Rusiya mediasınnı məlumatına görə, Putin dəvətə görə amerikalı həmkarına minnətdarlığını ifadə edib.

“Prezident Trampa G20 sammitinə dəvətinə görə çox minnətdaram. Lakin ilk növbədə ölkədə baş verənləri nəzərə almalıyam. Xaricə həddindən artıq tez-tez səfər etmək mənim üçün heç də həmişə rahat deyil. Amma istənilən halda bu dəvətə görə Donalda çox minnətdaram”, – deyə Rusiya Prezidenti bildirib.


Geri dön