Minskdə Gürcüstan Baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Giorgi Zurabaşvili və Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin arasında ilk görüş keçirilib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumata əsasən, görüşdə ticari-iqtisadi və mədəni-humanitar əməkdaşlıq, həmçinin regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Tərəflər bir sıra praktiki razılaşmalar əldə ediblər və əlaqələrin davam etdirilməsi barədə razılığa gəliblər.