“Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilib.
Qarabaginfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, Komitə sədri Fuad Muradovun müavinlərinin sayı 2-dən 3-ə çatdırılıb.
Belə ki, sədrin 1-ci müavini ilə birlikdə isə müavinlərin sayı 3-dən 4-ə çatıb.