Ana Sayfa > Karusel / Siyasət > Kreml Putinin APEC sammitində Yaponiya Baş naziri ilə görüşünü istisna etməyib
Kreml Putinin APEC sammitində Yaponiya Baş naziri ilə görüşünü istisna etməyibBu gün, 12:43. Yazar: Admin |
|
Rusiya Prezidenti Vladimir Putin, Çin lideri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında üçtərəfli görüş, şübhəsiz ki, əhəmiyyətlidir. Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu üçtərəfli görüş, qlobal problemlərin həlli üçün dialoqa ehtiyac olduğu barədə dünyaya siqnal ola bilər. Kremlin sözçüsü, həmçinin Putinin APEC sammitində Yaponiya Baş naziri ilə danışa biləcəyi ehtimalını da istisna etməyib. Qeyd edək ki, noyabrın 19-da Çinin Şençjen şəhərində Putin, Si Cinpin və Tramp üçtərəfli görüş planlaşdırılır. Görüş Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində keçiriləcək. Geri dön |