Ana Sayfa > Karusel / Dünya > Nvidia Censen Huanqın baş direktor vəzifəsinə qaytarılmasını müzakirə etmir

Nvidia Censen Huanqın baş direktor vəzifəsinə qaytarılmasını müzakirə etmir


Bu gün, 07:33. Yazar: Admin

Nvidia Censen Huanqın baş direktor vəzifəsinə qaytarılmasını müzakirə etmir

ABŞ-ın “Nvidia” korporasiyasının Direktorlar Şurası Censen Huanqın şirkətin baş direktoru vəzifəsinə qaytarılması məsələsini nəzərdən keçirmir.

“CNBC“ telekanalının mənbələrə istinadən məlumatına görə, hazırda Direktorlar Şurasının diqqəti Huanq ətrafında aparılan araşdırmaya yönəlib.

Mənbələr bildiriblər ki, onun rəhbər vəzifəyə qaytarılması gündəmdə deyil.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Huanqın “Nvidia”nın baş direktoru vəzifəsinə bərpa edilməsinə etiraz etməyəcəyini açıqlamışdı.

Məlumata görə, Huanq noyabrın 12-də Çin xeyrinə casusluqda şübhəli bilinən qadınla münasibətləri ətrafında yaranan qalmaqal fonunda şirkətin baş direktoru və prezidenti vəzifələrindən, həmçinin Direktorlar Şurasından ayrılıb.

Şirkətə müvəqqəti rəhbərlik maliyyə direktoru Kolett Kressə həvalə edilib.

Qeyd olunan casusluq şübhələri mənbələrin iddialarına əsaslanır.


Geri dön