Ana Sayfa > Karusel / Dünya > Uşakov APEC sammiti çərçivəsində Rusiya, ABŞ və Çinin birgə bəyanatının hazırlandığını bildirib

Uşakov APEC sammiti çərçivəsində Rusiya, ABŞ və Çinin birgə bəyanatının hazırlandığını bildirib


Bu gün, 21:38. Yazar: Admin

Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov

 

Rusiya Prezidenti Vladimir Putin APEC sammitində iştirak etmək üçün 18-19 noyabr tarixlərində Çinin Şençjen şəhərinə səfər edəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

O, Rusiya, ABŞ və Çinin Şençjendə birgə bəyanatının gündəliyi və mətni üzərində çalışdıqlarını vurğulayıb.

“Bəyanatın mətni çətin diplomatik iş və intensiv məsləhətləşmələr yolu ilə hazırlanır. Ümid etmək istərdim ki, biz anlaşma əldə edəcəyik”, - Uşakov qeyd edib.

Kreml rəsmisinin sözlərinə görə, Rusiya bəyanatla bağlı Çinə öz fikirlərini təqdim edib, Çinin də öz fikirləri var və onlar hazırda Vaşinqtondan cavab gözləyirlər: “Hazırda üç liderin bəyanatı olacağını güman edirik. Hətta olmasa belə, hər bir lider baş tutan danışıqlara öz qiymətini verəcək”.


Geri dön