Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Macarıstanda meşədə tapılan milyonlarla dollar və avronun kimə məxsus olduğu bilinmir
Ana Sayfa > Karusel / Dünya > Macarıstanda meşədə tapılan milyonlarla dollar və avronun kimə məxsus olduğu bilinmir

Macarıstanda meşədə tapılan milyonlarla dollar və avronun kimə məxsus olduğu bilinmir


Bu gün, 08:08. Yazar: Admin

Macarıstanda meşədə tapılan milyonlarla dollar və avronun kimə məxsus olduğu bilinmir

Macarıstanın hüquq-mühafizə orqanları meşədə və müxtəlif gizli yerlərdə aşkarlanan 1,2 milyon dollar, 2,6 milyon avrodan çox və 5 milyard forintin (13,7 milyon avro) keçmiş milli inkişaf naziri Mikloş Şestaka məxsus olduğunu hələ təsdiqləyə bilməyib.

Qarabaginfo.az xəbər verir ki, Milli Aktivlərin Qaytarılması və Mühafizəsi İdarəsinin rəhbəri Anna Ungerin dediyinə görə, pulların üzərində sahibini müəyyənləşdirməyə imkan verən heç bir nişan yoxdur. Vəsaitlərin bir hissəsinin hətta quş yemliyində gizlədildiyi məlum olub.

Buna baxmayaraq, Macarıstanın Baş naziri Peter Magyar pulların sabiq nazirə məxsus olduğunu iddia edib. Müxalif “FİDES” partiyası isə Magyara bu iddianı sübut etməyi, əks halda istefa verməyi tələb edib.

Qeyd edək ki, Şestak dövlət sifarişlərinin bölüşdürülməsi də daxil olmaqla, yeddi epizod üzrə külli miqdarda rüşvət almaqda şübhəli bilinir.


Geri dön