Ana Sayfa > Karusel / Mədəniyyət > Gəncədə V Kitab Sərgisinin açılış mərasimi olub

Gəncədə V Kitab Sərgisinin açılış mərasimi olub


Dünən, 20:27. Yazar: Admin

WhatsApp Image 2026-11-15 at 15.34.24 (1)

V Gəncə Kitab Sərgisinin açılış mərasimi baş tutub.

Açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Hədəf Şirkətlər Qrupunun icraçı direktoru, Azərbaycan Nəşriyyatlar Assosiasiyası İdarə Heyətinin sədri, yazıçı, dosent Şəmil Sadiq və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov iştirak ediblər.

Kitabın, mütaliənin və mütaliə mədəniyyətinin təbliğinə xidmət edən sərgi nəşriyyatları, müəllifləri və kitabsevərləri bir araya gətirərək Gəncənin mədəni həyatına xüsusi rəng qatır. Sərgi çərçivəsində ziyarətçilər müxtəlif nəşriyyatların kitabları ilə tanış olmaq, sevdikləri müəlliflərlə görüşmək və zəngin ədəbi mühitin bir parçasına çevrilmək imkanı əldə edirlər.

Açılış mərasimi musiqi ifaları ilə də yadda qalıb. Səhnədə Royal Musa və Azərbaycan Milli Konservatoriyasının tələbəsi Fatimə Azər qızı çıxış edərək tədbir iştirakçılarına xoş anlar yaşadıblar.

     


Geri dön