Qara dənizdə göyərtəsində 13 Azərbaycan vətəndaşı olan gəmiyə hücum edilib.
Qarabaginfo.az xəbər verir ki, hadisə noyabrın 15-nə keçən gecə Rumıniya sahillərində, Sulina limanının yaxınlığında baş verib.
PUA zərbəsi endirilən gəmidə ümumilikdə 14 ekipaj üzvü, o cümlədən bir Türkiyə vətəndaşı olub.
Xəsarət alan yoxdur.
Ekipaj təxliyə olunmağı gözləyir.