Ana Sayfa > Karusel / Dünya > Reuters: Tramp İrana zərbələri müvəqqəti dayandıra bilər

Reuters: Tramp İrana zərbələri müvəqqəti dayandıra bilər


Bu gün, 09:27. Yazar: Admin

ABŞ Prezidenti Donald Tramp

 

ABŞ Prezidenti Donald Tramp İran və Yəməndəki husilər tərəfindən yeni təxribatların baş verməyəcəyi təqdirdə Tehrana qarşı hərbi zərbələri dayandırmaq imkanını nəzərdən keçirir.

“Reuters“ agentliyinin mənbələrə istinadən məlumatına görə, Tramp son günlər yüksəkvəzifəli müşavirləri ilə bu məsələni müzakirə edib.

Mənbələr bildiriblər ki, ABŞ qüvvələri İran və ya Tehranın dəstəklədiyi “Ənsar Allah” hərəkatının yeni təxribatları ilə üzləşməzsə, Vaşinqton əlavə hərbi zərbələrdən çəkinə bilər.

Agentliyin məlumatına əsasən, Tramp münaqişənin necə dayandırılacağı ilə bağlı hələ yekun qərar qəbul etməyib.

ABŞ Prezidenti eyni zamanda regiondakı müttəfiq ölkələrin mövqeyini nəzərə alır. Həmin ölkələrin nümayəndələri Vaşinqtonu genişmiqyaslı hərbi əməliyyatları bərpa etməməyə çağırıblar.


Geri dön