Ana Sayfa > Karusel / Dünya > Fransada etiraz aksiyalarında saxlanılanların sayı 219-a çatıb

Fransada etiraz aksiyalarında saxlanılanların sayı 219-a çatıb


Bu gün, 09:27. Yazar: Admin

Fransada etiraz aksiyalarında saxlanılanların sayı 219-a çatıb - YENİLƏNİB-1

Fransada noyabrın 14-də qiymət artımına və polis zorakılığına qarşı keçirilən kütləvi etiraz aksiyaları zamanı saxlanılanların sayı 219 nəfərə yüksəlib.

“BFMTV” telekanalının Fransa Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, bu göstərici Moskva vaxtı ilə saat 20:00-a olan vəziyyəti əks etdirir.

Paris Polis Prefekturasının əvvəlki məlumatına əsasən, paytaxtda 3-ü yeniyetmə olmaqla 22 nəfər saxlanılıb.

Saxlanılmalar əsasən silah hesab edilə bilən əşyaların daşınması, təhqir, müəyyən ərazilərdə olma və nümayişlərdə iştirakla bağlı qadağaların pozulması səbəbindən həyata keçirilib.

Ölkənin müxtəlif şəhərlərində baş verən qarşıdurmalar zamanı 10 polis əməkdaşı yüngül xəsarət alıb. Nümayişçilər arasında yaralananlarla bağlı məlumat verilməyib.

Qeyd edək ki, Fransa Daxili İşlər Nazirliyinin hesablamalarına görə, aksiyalarda ölkə üzrə 106 min nəfər iştirak edib. Etirazların təşkilatçıları isə iştirakçı sayının 200 min olduğunu bildiriblər.


Geri dön