Ana Sayfa > Karusel / Hadisə > Kamçatkada bir sutkada 5 zəlzələ baş verib

Kamçatkada bir sutkada 5 zəlzələ baş verib


Bu gün, 09:23. Yazar: Admin

Kamçatkada bir sutkada 5 zəlzələ baş verib

Rusiyanın Kamçatka yarımadasında son sutka ərzində 5 zəlzələ qeydə alınıb.

TASS agentliyinin məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsindən bildirilib.

“Son sutka ərzində maqnitudası 4,1-dən 5,0-dək olan beş seysmik hadisə qeydə alınıb. Zəlzələlərin heç biri əhali tərəfindən hiss edilməyib”, – qurumdan qeyd olunub.

Bildirilib ki, bölgədə dörd vulkanın aktivliyi davam edir.

Mütəxəssislər təhlükəsizlik səbəbindən sakinlərə və turistlərə həmin vulkanlara yaxınlaşmamağı tövsiyə ediblər.


Geri dön