Ana Sayfa > Karusel / Dünya > Fitso: Avropanın Ukraynada sülh istəyib-istəmədiyi indi məlum olacaq

Fitso: Avropanın Ukraynada sülh istəyib-istəmədiyi indi məlum olacaq


Bu gün, 09:19. Yazar: Admin

Slovakiyanın Baş naziri Robert Fitso

 

Slovakiyanın Baş naziri Robert Fitso hesab edir ki, Avropa İttifaqının Ukrayna münaqişəsi ilə bağlı həqiqi niyyətləri Dublində keçirilən qeyri-rəsmi sammitdən sonra aydınlaşacaq.

Qarabaginfo.az xəbər verir ki, Fitso bu barədə “Facebook” sosial şəbəkəsində yayımladığı videomüraciətdə bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı rəhbərliyinin və Ukraynaya ən çox dəstək göstərən ölkələrin sülh danışıqlarına qoşulması onların hansı məqsədi güddüyünü göstərəcək.

“İndi məlum olacaq ki, Avropa İttifaqı Şurası, Avropa Komissiyası, eləcə də Ukraynaya ən böyük dəstəyi göstərən Böyük Britaniya, Fransa, Almaniya, Polşa və İtaliya həqiqətən sülh istəyirlər, yoxsa Rusiyanı zəiflətmək məqsədilə Ukraynanı dəstəkləmək strategiyasını davam etdirəcəklər”, – Fitso deyib.

Slovakiyanın Baş naziri vurğulayıb ki, münaqişənin həlli üçün danışıqlarda iştirak edən bütün ölkələrin ciddi kompromislərə getməsi lazım gələcək.

Fitso Dublində keçirilən qeyri-rəsmi Avropa İttifaqı sammitində Avropanın sülh danışıqlarına qoşulmasını dəstəklədiyini bildirib.

Lakin o, bunun yalnız müharibənin davam etdirilməsinə deyil, sülhün əldə olunmasına xidmət etməsi şərti ilə mümkün olduğunu qeyd edib.


Geri dön