Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > "The Hill": İranla münaqişənin davam etməsi ABŞ-a ayda təxminən 2-3 milyard dollara başa gəlir
Ana Sayfa > Karusel / İqtisadiyyat > "The Hill": İranla münaqişənin davam etməsi ABŞ-a ayda təxminən 2-3 milyard dollara başa gəlir

"The Hill": İranla münaqişənin davam etməsi ABŞ-a ayda təxminən 2-3 milyard dollara başa gəlir


Bu gün, 20:41. Yazar: Admin

"The Hill": İranla münaqişənin davam etməsi ABŞ-a ayda təxminən 2-3 milyard dollara başa gəlir

ABŞ Konqresinin Büdcə İdarəsinin (CBO) hesablamalarına görə, oktyabrın 16-na qədər İranla münaqişənin ABŞ-a ümumi maliyyə yükü 47,1 milyard dollar təşkil edib.

Qarabaginfo.az The Hill-ə istinadən xəbər verir ki, bunun 38 milyard dolları fevralın 28-dən avqustun əvvəlinədək, daha 9 milyard dolları isə sonrakı təxminən üç ay ərzində xərclənib.

Mütəxəssislərin hesablamalarına görə, münaqişənin davam etməsi ABŞ-a ayda təxminən 2-3 milyard dollara başa gəlir.

ABŞ-ın İrana qarşı tətbiq etdiyi dəniz blokadasının Hörmüz boğazında 100 gündən çox davam etdiyi və bunun hərbi gəmilərin yanacaq, ərzaq və digər resurslar üzrə xərclərini artırdığı bildirilir.

ABŞ administrasiyasının İran müharibəsinin xərclərini və yeni silah və şəxsi heyət üçün ehtiyacları qarşılamaq məqsədilə 70 milyard dollara qədər fövqəladə hərbi maliyyə tələb etdiyi bildirilir.


Geri dön