Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Kreml Avropa danışıqlar qrupunun tərkibinə dair heç bir şərt irəli sürməyəcəyini açıqlayıb
Ana Sayfa > Karusel / Dünya > Kreml Avropa danışıqlar qrupunun tərkibinə dair heç bir şərt irəli sürməyəcəyini açıqlayıb

Kreml Avropa danışıqlar qrupunun tərkibinə dair heç bir şərt irəli sürməyəcəyini açıqlayıb


Bu gün, 20:36. Yazar: Admin

 

Picture background

Moskva mümkün Avropa danışıqlar qrupunun tərkibinə dair heç bir şərt irəli sürməyəcək.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz onların danışıqlar qrupu üçün şərt qoya bilmərik və istəmirik. Məsələnin bu cür qoyuluşu tamamilə yanlışdır", - Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Dublində keçirilən qeyri-rəsmi sammitdə Aİ liderləri Ukrayna üzrə ekspert danışıqlarında iştirak edəcək nümayəndə heyətinin tərkibini təsdiqləyiblər. Bu barədə Avropa Şurasının prezidenti Antonio Koşta yekun mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Avropa siyasətçiləri danışıqlar prosesini dəstəkləyir və Aİ qurumları və "könüllülər koalisiyası" ölkələri birliyin maraqlarını təmsil edəcəklər. Danışıqlar qrupuna Avropa Komissiyası, Aİ Şurası, Almaniya, Fransa, İtaliya, Polşa və Birləşmiş Krallıqdan nümayəndələr daxil olacaq.


Geri dön