Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > İran Balıqçılıq Təşkilatı: Son müharibədə 15 iranlı balıqçı həlak olub
Ana Sayfa > Karusel / Region > İran Balıqçılıq Təşkilatı: Son müharibədə 15 iranlı balıqçı həlak olub

İran Balıqçılıq Təşkilatı: Son müharibədə 15 iranlı balıqçı həlak olub


Bu gün, 20:10. Yazar: Admin

İran Balıqçılıq Təşkilatı: Son müharibədə 15 iranlı balıqçı həlak olub

"477-dən çox balıqçı gəmisi, liman infrastrukturu və inzibati bina zərər görüb".

Qarabaginfo.az İLNA-ya istinadən verdiyi məlumata görə, bunu İran Balıqçılıq Təşkilatının rəhbəri və kənd təsərrüfatı nazirinin müavini Həmzə Rüstəmpur deyib.

Nazir müavini bildirib ki, son müharibə zamanı 15 iranlı balıqçı həlak olub.

O, açıqlamasında qeyd edib ki, Qeşm, Cask, Əbu Musa və Buşehr də daxil olmaqla, müxtəlif limanlarda 500-dən çox balıqçılıq vasitəsi – benzin və dizel mühərrikli qayıqlar, lənclər və gəmilər hədəfə alınıb. Bu vasitələrə qismən zərər dəyib, bəziləri isə tamamilə dağılıb.

Rüstəmpurun sözlərinə görə, dəymiş maddi ziyanın məbləği müvafiq qurumlar tərəfindən araşdırılır.

O həmçinin İranın cənub limanlarında və Hörmüz boğazında mövcud gərginlik fonunda balıqçı donanmasının risklərə məruz qalmasını azaltmaq, gəmilərin bir yerdə cəmləşməsinin qarşısını almaq məqsədilə dənizçilik sahəsində yeni prosedurun hazırlandığını bildirib.

Rüstəmpur əlavə edib ki, bu əməliyyat yanaşması balıqçı gəmilərinin daha təhlükəsiz fəaliyyət göstərməsinə, uzaq sularda balıq ovunun davam etdirilməsinə və ölkənin dəniz məhsulları ilə təminatında, eləcə də ərzaq təhlükəsizliyinin qorunmasında fasilələrin yaranmamasına imkan verəcək.


Geri dön