Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Azərbaycanda gələn il 6 mln. tondan artıq neft məhsulları istehsal olunacaq
Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycanda gələn il 6 mln. tondan artıq neft məhsulları istehsal olunacaq

Azərbaycanda gələn il 6 mln. tondan artıq neft məhsulları istehsal olunacaq


Bu gün, 19:55. Yazar: Admin

Azərbaycanda gələn il 6 mln. tondan artıq neft məhsulları istehsal olunacaq

Gələn il Azərbaycanda neft məhsullarının ümumi istehsalının 6 milyon 92,9 min ton olacağı proqnozlaşdırılır.

Qarabaginfo.az xəbər verir ki, bu proqnoz Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsinin Zərfində əksini tapıb.

Sənədə əsasən, 2028-ci ildə neft məhsullarının ümumi istehsalının 5 milyon 610,3 min ton, 2029-cu ildə 6 milyon 92,9 min ton, 2030-cu ildə isə 5 milyon 610,3 min ton olacağı gözlənilir.

Bildirilir ki, avtomobil benzininin istehsalının 2027-ci ildə 1 milyon 556,3 min ton, 2028-ci ildə 1 milyon 442,2 min ton, 2029-cu ildə 1 milyon 556,3 min ton, 2030-cu ildə isə 1 milyon 442,2 min ton təşkil edəcəyi proqnozlaşdırılır.

Öz növbəsində, dizel yanacağının istehsalının isə 2027-ci ildə 2 milyon 576,2 min ton, 2028-ci ildə 2 milyon 388,8 min ton, 2029-cu ildə 2 milyon 576,2 min ton, 2030-cu ildə 2 milyon 388,8 min ton olacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod (NEZ) respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.


Geri dön