Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Rubio ABŞ-ın İranla münaqişədə qələbəsinin əsas şərtini açıqlayıb
Ana Sayfa > Karusel / Dünya > Rubio ABŞ-ın İranla münaqişədə qələbəsinin əsas şərtini açıqlayıb

Rubio ABŞ-ın İranla münaqişədə qələbəsinin əsas şərtini açıqlayıb


Bu gün, 19:36. Yazar: Admin

ABŞ dövlət katibi Marko Rubio

 

ABŞ üçün İranla münaqişədə qələbə Tehranın nüvə silahı yaratmaq üçün maliyyə və texnoloji imkanlardan birdəfəlik məhrum edilməsindən ibarət olacaq.

Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda Federalist Cəmiyyətində çıxışından sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Düşünürəm ki, qələbə onların heç vaxt nüvə silahına sahib olmamasını təmin etməkdir. Bu isə o deməkdir ki, onların bunun üçün nə pulu, nə də avadanlığı olmalıdır”, – Rubio deyib.

Dövlət katibi ABŞ-ın İrana qarşı iqtisadi təzyiqlərinin artıq ciddi nəticələr verdiyini iddia edib.

“Hazırda bu rejimə vurduğumuz iqtisadi zərər o qədər böyükdür ki, hərbi əməliyyatlara ehtiyac yoxdur. Çünki biz onları çox ciddi şəkildə zəiflətmişik”, – o vurğulayıb.


Geri dön