Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Deputatın da içində olduğu maşın aşdı - Ölən və yaralananlar var
Ana Sayfa > Karusel / Dünya > Deputatın da içində olduğu maşın aşdı - Ölən və yaralananlar var

Deputatın da içində olduğu maşın aşdı - Ölən və yaralananlar var


Bu gün, 08:19. Yazar: Admin

deputatin-da-icinde-oldugu-masin-asdi

Naxçıvan-Ordubad magistral yolunun Ordubad rayonunun Aşağı Əylis kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var.

Qarabaginfo.az “Report”a istinadən xəbər verir ki, “Hyundai” markalı avtomobilin aşması nəticəsində 1990-cı il təvəllüdlü Hüseynalıyev Hüseynalı həyatını itirib.

Qəza nəticəsində xəsarət alan 1994-cü il təvəllüdlü Məmmədov Əmrah İmamverdi oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına, 1990-cı il təvəllüdlü Zeynalov Təbriz Eyvaz oğlu isə Ordubad Rayon Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, qəzaya düşən hər üç şəxs Vətən müharibəsinin iştirakçısı və müharibə veteranı olub.

Qeyd edək ki, xəsarət alan Zeynalov Təbriz Eyvaz oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


Geri dön