Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Azərbaycanda dövlət müəssisələrinin borclanmasına ümumi limit qoyulacaq
Ana Sayfa > Karusel / Dünya > Azərbaycanda dövlət müəssisələrinin borclanmasına ümumi limit qoyulacaq

Azərbaycanda dövlət müəssisələrinin borclanmasına ümumi limit qoyulacaq


Bu gün, 08:17. Yazar: Admin

Azərbaycanda dövlət müəssisələrinin borclanmasına ümumi limit qoyulacaq

Azərbaycanda dövlət müəssisələrinin borclanması üzrə ortamüddətli dövr üçün ümumi borc limitinin müəyyən edilməsi nəzərdə tutulur.

Qarabaginfo.az xəbər verir ki, bu barədə noyabrın 13-də maliyyə naziri Sahil Babayevin sədrliyi ilə keçirilən Maliyyə Nazirliyinin Kollegiya iclasında bildirilib.

İclasda dövlət müəssisələrinin maliyyə hesabatlılığının beynəlxalq standartlara uyğunlaşdırılması, borcalma siyasətinin təkmilləşdirilməsi və hesabatların təqdim edilməsi mexanizmlərinin optimallaşdırılması məsələləri müzakirə olunub.

Bildirilib ki, yeni yanaşmaya əsasən, dövlət müəssisələrinin borclanması üzrə ortamüddətli dövr üçün ümumi borc limitinin müəyyənləşdirilməsi planlaşdırılır.

Eyni zamanda, növbəti ildən büdcənin tərtibi, icrası və hesabatlılığı üzrə yeni skorinq metodologiyasının tətbiqi nəzərdə tutulur.

Maliyyə naziri müvafiq sənədlərin hazırlanması və yeni mexanizmlərin tətbiqi ilə bağlı tapşırıqlar verib.

 


Geri dön