Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Koşta: Aİ liderləri Ukrayna üzrə danışıqlarda iştirak edəcək nümayəndə heyətini razılaşdırıblar
Ana Sayfa > Karusel / Dünya > Koşta: Aİ liderləri Ukrayna üzrə danışıqlarda iştirak edəcək nümayəndə heyətini razılaşdırıblar

Koşta: Aİ liderləri Ukrayna üzrə danışıqlarda iştirak edəcək nümayəndə heyətini razılaşdırıblar


Bu gün, 08:15. Yazar: Admin

Picture background

Avropa İttifaqı (Aİ) liderləri Ukrayna münaqişəsinin nizamlanması üzrə ekspert səviyyəsində keçiriləcək danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini razılaşdırıblar.

Qarabaginfo.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Dublində keçirilən Aİ-nin qeyri-rəsmi sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

“Liderlər Ukrayna üzrə danışıqlarda iştirak edəcək nümayəndə heyətimizi razılaşdırıblar. Heyətə Aİ institutlarının və ‘İstəklilər koalisiyası’na daxil olan ölkələrin nümayəndələri daxildir”, – Koşta deyib.

O, həmçinin Avropa İttifaqı liderlərinin Ukrayna ilə bağlı aparılan danışıqları dəstəklədiyini vurğulayıb.


Geri dön