Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Tusk: Polşa Ukrayna üçün ABŞ silahlarının alınmasını maliyyələşdirməyəcək
Ana Sayfa > Karusel / Dünya > Tusk: Polşa Ukrayna üçün ABŞ silahlarının alınmasını maliyyələşdirməyəcək

Tusk: Polşa Ukrayna üçün ABŞ silahlarının alınmasını maliyyələşdirməyəcək


Bu gün, 08:13. Yazar: Admin

Polşanın Baş naziri Donald Tusk

 

Polşa NATO-nun Ukrayna üçün ABŞ istehsalı silahların alınmasını nəzərdə tutan PURL proqramına hələlik maliyyə vəsaiti ayırmayacaq.

“TVP Info” telekanalının məlumatına görə, bunu Polşanın Baş naziri Donald Tusk mətbuat konfransında bildirib.

“Mən NATO-nun Baş katibi Mark Rütteyə bildirdim ki, biz hazırda PURL proqramına – Ukrayna üçün Avropa vəsaiti hesabına Amerika silahlarının alınmasına maliyyə töhfəsi verməyəcəyik”, – Tusk deyib.

Baş nazir qərarı Polşanın yüksək büdcə kəsiri və ölkənin müdafiəsinə çəkilən xərclərlə izah edib.

Qeyd edək ki, PURL proqramı NATO çərçivəsində Avropa ölkələrinin maliyyə vəsaiti hesabına ABŞ-dan silah alınaraq Ukraynaya göndərilməsini nəzərdə tutur.


Geri dön