Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Fon der Lyayen Aİ-nin Ukrayna üzrə danışıqlarda əsas prioritetlərini açıqlayıb
Ana Sayfa > Karusel / Dünya > Fon der Lyayen Aİ-nin Ukrayna üzrə danışıqlarda əsas prioritetlərini açıqlayıb

Fon der Lyayen Aİ-nin Ukrayna üzrə danışıqlarda əsas prioritetlərini açıqlayıb


Bu gün, 08:08. Yazar: Admin

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen

 

Avropa İttifaqının Ukrayna münaqişəsinin nizamlanması üzrə Rusiya, ABŞ və Ukrayna ilə danışıqlarda əsas prioritetləri atəşkəsə nail olunması, təhlükəsizlik zəmanətlərinin formalaşdırılması və Ukraynanın bərpası prosesində iştirak olacaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bildirib.

Onun sözlərinə görə, Aİ Ukraynanın bərpası ilə bağlı müqavilələrin əldə edilməsini də danışıqlarda əsas məsələlərdən biri hesab edir.

Fon der Lyayen, həmçinin Rusiyaya qarşı 22-ci sanksiyalar paketinin ən qısa müddətdə təqdim ediləcəyini açıqlayıb.

Avropa Komissiyasının Prezidenti ilin sonunadək Ukraynaya hərbi maliyyə dəstəyi ilə bağlı yeni təkliflərin hazırlanacağını da bildirib.


Geri dön