Ana Sayfa > Karusel / Hadisə > Argentinada qaz partlayışı nəticəsində 1 nəfər ölüb, 30 nəfər yaralanıb

Argentinada qaz partlayışı nəticəsində 1 nəfər ölüb, 30 nəfər yaralanıb


Dünən, 07:58. Yazar: Admin

Argentinada qaz partlayışı nəticəsində 1 nəfər ölüb, 30 nəfər yaralanıb

Argentinada qaz kəmərində baş verən partlayış nəticəsində bir nəfər həyatını itirib, 30 nəfər yaralanıb.

“TN” telekanalının məlumatına görə, hadisə Remedios-de-Eskalada şəhərində qeydə alınıb.

“La Nación” qəzetinin məlumatına əsasən, təmir işləri aparan briqada səhvən qaz kəmərini deşib. Nəticədə qaz alışıb və şəhərin ən hərəkətli küçələrindən birində güclü partlayış baş verib.

İlkin məlumatlarda 20 nəfərin xəsarət aldığı bildirilsə də, sonradan yaralıların sayı 30-a çatıb.

Hadisənin başvermə şəraiti araşdırılır.


Geri dön