Ana Sayfa > Karusel / Siyasət > Papuaşvili Brüsseli Gürcüstanın əlaqələndirici rolunu kiçiltməkdə ittiham edib

Papuaşvili Brüsseli Gürcüstanın əlaqələndirici rolunu kiçiltməkdə ittiham edib


Bu gün, 13:56. Yazar: Admin

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili

“Gürcüstanın əlaqələndirici rolunu kiçiltmək cəhdi Brüssel bürokratiyasına xas olan xırdaçı qisasçılığın növbəti təzahürüdür”.

Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili brifinqdə deyib.

O, Avropa İttifaqının bu cür addımlar atmaqla Gürcüstana deyil, əslində özünə zərər vurduğunu qeyd edib.

“Biz Orta Dəhlizdə həm coğrafi baxımdan, həm də quru və dəniz daşımalarının asanlaşdırılması baxımından əsas həlqə rolunu oynayırıq. Gürcüstan Avropa İttifaqı və onun üzv dövlətləri üçün ayrılmaz bir həlqədir”, - deyə spiker bildirib.

Şalva Papuaşvili vurğulayıb ki, Gürcüstana və gürcü xalqına siyasi, iqtisadi və sosial cəhətdən zərər vurmaq üçün konkret bir plan mövcuddur.

“Bütün bu sahələrdə Avropa İttifaqının və onun səfirliyinin Gürcüstana zərər vurmaq məqsədi daşıyan bu planın icrasında birbaşa iştirak etdiyini görürük”, - deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 16-da Brüsseldə Aİ-nin təşkilatçılığı ilə "Regionlararası təhlükəsizlik və əlaqəlilik" mövzusunda yüksək səviyyəli toplantı keçiriləcək. Gürcüstan tərəfi tədbirə nisbətən aşağı səviyyədə dəvət olunub.


Geri dön