Ana Sayfa > Karusel / Manşet / Siyasət > Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub

Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub


Bu gün, 08:25. Yazar: Admin

Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü olub.

Qarabaginfo.az xəbər verir, söhbət zamanı ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğu vurğulandı, iqtisadi-ticari, enerji və digər sahələrdə əməkdaşlığın inkişafı üçün daha böyük potensialın mövcudluğu qeyd edilib.

Azərbaycanın və Litvanın dövlət başçıları regional sülh gündəliyi, ikitərəfli münasibətlər və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.


Geri dön