Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Ana Sayfa > Karusel / Siyasət > Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər

Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər


Dünən, 22:32. Yazar: Admin

Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Siyasi Birliyinin 9-cu sammiti çərçivəsində Ermənistanın hökumət başçısı Nikol Paşinyanla görüşüb.

Qarabaginfo.az xəbər verir ki, tərəflər iki ölkə arasında strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin yüksək inkişaf səviyyəsini vurğulayıblar.

Görüşdə regiondakı vəziyyətə, eləcə də sülh və sabitliyin müstəsna əhəmiyyətinə diqqət yetirilib.

Tərəflər həmçinin müxtəlif sahələrdə, o cümlədən çoxtərəfli formatlar çərçivəsində həyata keçirilən uğurlu əməkdaşlıq məsələlərini müzakirə ediblər.

İrakli Kobaxidze beynəlxalq arenada Gürcüstana göstərdiyi dəstəyə görə erməni həmkarına təşəkkürünü bildirib.


Geri dön