Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Ana Sayfa > Karusel / İqtisadiyyat > Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək

Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək


Dünən, 22:23. Yazar: Admin

Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək

2027-ci ilin aprel ayında Bakıda Dünya Bankı Qrupu ilə birgə Dövlət Müəssisələri üzrə Qlobal Konfransın keçirilməsi planlaşdırılır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə maliyyə naziri Sahil Babayevin Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın daxil olduğu nümayəndə heyəti ilə görüşündə bildirilib.

Görüşdə konfransa hazırlıq məsələləri müzakirə olunub.

Bildirilib ki, konfrans dövlət müəssisələrinin idarə olunması və maliyyə dayanıqlığının gücləndirilməsi sahəsində beynəlxalq təcrübə mübadiləsi üçün mühüm platforma olacaq.

Tərəflər, həmçinin dövlət müəssisələrinin maliyyə intizamının, korporativ idarəetməsinin və dividend siyasətinin təkmilləşdirilməsi, eləcə də potensial fiskal risklərin idarə olunması istiqamətində əməkdaşlıq imkanlarını müzakirə ediblər.


Geri dön