Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
Ana Sayfa > Karusel / Manşet / Siyasət > Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb

Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb


Dünən, 21:35. Yazar: Admin

Maya Sandu, Prezident İlham Əliyev

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşüb.

Qarabaginfo.az xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Maya Sandu ilə görüşləri, həmçinin yüksəksəviyyəli qarşılıqlı səfərlər məmnunluqla xatırlandı.

Prezident Maya Sandu Moldovanın Azərbaycanla enerji sahəsində əməkdaşlığına toxundu və bunu inkişaf etdirməkdə maraqlı olduqlarını bildirdi.

Moldova Prezidenti ölkəsinin enerji təhlükəsizliyinə göstərilən dəstəyə görə təşəkkürünü ifadə etdi.

Azərbaycan və Moldova prezidentləri münasibətlərimizin perspektivlərinə, iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə, həmçinin kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi apardılar.

Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb


Geri dön