Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Nauseda: Həm Azərbaycan, həm də Avropa dayanıqlı enerji sisteminin yaradılmasında maraqlıdır
Ana Sayfa > Karusel / İqtisadiyyat > Nauseda: Həm Azərbaycan, həm də Avropa dayanıqlı enerji sisteminin yaradılmasında maraqlıdır

Nauseda: Həm Azərbaycan, həm də Avropa dayanıqlı enerji sisteminin yaradılmasında maraqlıdır


Dünən, 21:17. Yazar: Admin

Litva Prezidenti Qitanas Nauseda

 

Həm Azərbaycan, həm də Avropa dayanıqlı və səmərəli fəaliyyət göstərən enerji sisteminin yaradılmasında maraqlıdır.

Qarabaginfo.az xəbər verir ki, bunu Litva Prezidenti Qitanas Nauseda Avropa Siyasi Birliyinin sammitindən əvvəl jurnalistlərə açıqlamasında TRIPP layihəsi ilə bağlı sualı cavablandırarkən bildirib.

“Biz bütün bağlantı layihələrini dəstəkləyirik. Hazırda Avropada, xüsusilə də Baltikyanı ölkələr arasında nəqliyyat və enerji bağlantılarından danışırıq. Lakin hesab edirəm ki, etibarlı enerji təchizatı sisteminin yaradılması üçün Avropadan bir qədər uzaqda yerləşən dostlarımızın da bu prosesdə iştirakı çox vacibdir. Düşünürəm ki, bu, ikitərəfli maraqlara əsaslanan prosesdir. Həm Azərbaycanın, həm də Avropanın dayanıqlı və səmərəli fəaliyyət göstərən enerji sisteminin yaradılmasında marağı var”, - o qeyd edib.


Geri dön