Ana Sayfa > Karusel / Siyasət > Sadır Japarov: Qırğızıstanda seçkiləri pozmaq üçün etnik qarşıdurma yaradıla bilər
Sadır Japarov: Qırğızıstanda seçkiləri pozmaq üçün etnik qarşıdurma yaradıla bilərBu gün, 17:06. Yazar: Admin |
|
Qırğızıstan Prezidenti Sadır Japarov ölkənin cənubunda qırğızlarla özbəklər arasında etnik qarşıdurma yaradılaraq prezident seçkilərinin pozulmasına cəhd edilə biləcəyi barədə məlumat aldığını bildirib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Japarovun Qırğızıstan xalqına müraciətində deyilir. Prezidentin sözlərinə görə, bəzi siyasi qüvvələr kütləvi iğtişaşlar törətmək və səsverməni pozmaq məqsədilə etnik ədavətin qızışdırılması imkanını müzakirə edirlər. “Hazırda onlar yalnız bundan danışırlar. Lakin bu təxribatçı planların həyata keçirilə bilməsi ehtimalı var”, – müraciətdə qeyd olunub. Japarov bildirib ki, bu cür qarşıdurmalara vətəndaşların milli hisslərinə toxunan yalan şayiələr və təxribat xarakterli bəyanatlar səbəb ola bilər. O, 1990 və 2010-cu illərdə baş vermiş və həm qırğızların, həm də özbəklərin həlak olduğu etnik qarşıdurmaları xatırladıb. Geri dön |