Ana Sayfa > Karusel / Mədəniyyət > Almaniyada vəfat edən Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək

Almaniyada vəfat edən Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək


Bu gün, 16:20. Yazar: Admin

Əməkdar artist Arif Mirzəyev

 

Almaniyanın Fulda şəhərində vəfat edən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək.

Bu barədə Qarabaginfo.az-a Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, komitənin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondu və Almaniya Azərbaycanlıları Alyansı Arif Mirzəyevin nəşinin Azərbaycana gətirilməsi ilə bağlı zəruri işləri həyata keçirir.

Qeyd edək ki, Arif Mirzəyev noyabrın 10-u Almaniyada vəfat edib.


Geri dön