Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Belarus XİN rəhbəri: Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışını məhdudlaşdırmaq məqsədəuyğundur
Ana Sayfa > Karusel / Dünya > Belarus XİN rəhbəri: Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışını məhdudlaşdırmaq məqsədəuyğundur

Belarus XİN rəhbəri: Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışını məhdudlaşdırmaq məqsədəuyğundur


Bu gün, 08:10. Yazar: Admin

Maksim Rıjenkov

 

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məxfi xarakterli sənədlərinə çıxışının məhdudlaşdırılması məqsədəuyğundur.

Qarabaginfo.az xəbər verir ki, bunu Belarusun xarici işlər naziri Maksim Rıjenkov “Belarus 1” telekanalına müsahibəsi zamanı bildirib.

Onun sözlərinə görə, məxfi məlumatlar nəzəri olaraq bu inteqrasiya birliyini inkişaf etdirmək niyyətində olan ölkələrin maraqlarına zidd istifadə edilə bilər.

Nazir qeyd edib ki, Ermənistan xalqı deyil, ölkənin ali rəhbərliyi KTMT və Avrasiya İqtisadi İttifaqında (Aİİ) iştirakına münasibətini dəyişib.

Rıjenkov Ermənistanın bu təşkilatlarda iştirakını “passiv iştirak” adlandırıb. Onun sözlərinə görə, İrəvan həmin qurumların yalnız özünə sərf edən imkanlarından yararlanır.


Geri dön