Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Zelenski: ABŞ müharibənin dayandırılması üçün Ukraynadan Donbasdan imtina etməyi tələb edir
Ana Sayfa > Karusel / Dünya > Zelenski: ABŞ müharibənin dayandırılması üçün Ukraynadan Donbasdan imtina etməyi tələb edir

Zelenski: ABŞ müharibənin dayandırılması üçün Ukraynadan Donbasdan imtina etməyi tələb edir


Bu gün, 08:09. Yazar: Admin

 

Zelenski: ABŞ müharibənin dayandırılması üçün Ukraynadan Donbasdan imtina etməyi tələb edir

“ABŞ müharibənin dayandırılması müqabilində Ukraynanın Donbasdan çıxmasını istəyir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Dublində İrlandiyanın Baş naziri Mixol Martinlə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Vaşinqton danışıqlar zamanı Donbas məsələsini mütəmadi olaraq gündəmə gətirir və Ukraynanın öz ərazisindən geri çəkilməli olduğunu düşünür.

“Onlar müharibəni dayandırmaq üçün bizim öz ərazimizdən çıxmalı olduğumuzu düşünürlər. Ölkəmizin müstəqilliyindən söhbət gedərkən bizimlə belə danışmaq mümkün deyil”, – Zelenski vurğulayıb.

Ukrayna Prezidenti ABŞ tərəfinin ərazi məsələsinin həlli üçün müxtəlif variantlar axtardığını, lakin belə həssas məsələlərin dövlət başçıları səviyyəsində müzakirə edilməli olduğunu qeyd edib.


Geri dön