Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Zelenski: Rusiya ilə ilin sonunadək razılaşma əldə etmək mümkündür
Ana Sayfa > Karusel / Dünya > Zelenski: Rusiya ilə ilin sonunadək razılaşma əldə etmək mümkündür

Zelenski: Rusiya ilə ilin sonunadək razılaşma əldə etmək mümkündür


Bu gün, 08:03. Yazar: Admin

Zelenski: Rusiya ilə ilin sonunadək razılaşma əldə etmək mümkündür

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə 2026-cı ilin sonunadək razılaşma əldə etmək üçün ümidin olduğunu bildirib.

Qarabaginfo.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin iştirakı ilə keçirilən danışıqlarda mənfi məqamlar olmayıb.

O qeyd edib ki, ABŞ nümayəndələri Rusiya Prezidenti Vladimir Putinə konkret təkliflərlə yollanıblar və Ukrayna tərəfi onların Dublin görüşünə də konkret təkliflərlə qayıtmasını istəyir.

“Buna çox inanmıram, skeptik olmağa icazə verin. Amma yenə də ümid var”, – deyə Zelenski bildirib.

O, danışıqlarda irəliləyiş əldə etməyin mümkün olduğunu vurğulayıb. Prezidentin sözlərinə görə, bu, böyük ölçüdə ABŞ nümayəndə heyətinin noyabrın 12-də Putinlə keçirəcəyi görüşün formatından asılı olacaq.

Zelenski əlavə edib ki, gələn il Avropa və ABŞ-da baş verəcək siyasi dəyişiklikləri nəzərə alaraq, danışıqlar tərəfləri nəticəyə məhz 2026-cı ilin sonunadək nail olmaq istəyirlər. O, Ukraynanın bu məqsədə çatmaq üçün əlindən gələni edəcəyini bildirib.


Geri dön